instruction
stringclasses
1 value
context
stringlengths
163
1.84k
question
stringlengths
28
141
options
stringlengths
20
291
answer
stringclasses
4 values
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Gürcüstan nümayəndələri Azərbaycan Milli Kitabxanasında. Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Georgi Kekelidze və Elektron resurslar üzrə direktor müavini Levan Taktakişvili mart ayının 17-də Azərbaycan Milli Kitabxanasında olublar. Qonaqların direktor Kərim Tahirovla görüşündə Georgi Kekelidze son bir il ərzində Gürcüstan Milli Parlament Kitabxanasında baş verən yeniliklərdən danışaraq deyib ki, kitabxana Sierra avtomatlaşdırılmış kitabxana sistemi əsasında işləyir. Görüşdə məqsəd Azərbaycan Milli Kitabxanası və Gürcüstan Milli Parlament Kitabxanası arasında bağlanmış əməkdaşlıq haqqında Memorandumun şərtlərinə müvafiq olaraq elektron kitab mübadiləsinin həyata keçirilməsidir. Bu mübadilə hər iki ölkənin milli kitabxanalarının fondunun zənginləşməsinə səbəb olacaq, kitabların təkrar surətinin çəkilməsinin, vaxt və əmək itkisinin, əlavə maddi xərclərin qarşısını alacaq. Söhbət əsnasında Memoranduma əlavə olaraq bu proseslərin həyata keçirilməsi üçün qarşılıqlı razılaşma əsasında Müqavilə hazırlanması və Tbilisidə imzalanması qərara alınıb.
Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Georgi Kekelidze Azərbaycan Milli Kitabxanasında nə vaxt olub?
['fevral ayının 15-də', 'mart ayının 17-də', 'aprel ayının 10-da', 'may ayının 20-də']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Bölgələrdən paytaxta" adlı layihə bu dəfə Qubaya həsr edilib. Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Layihə çərçivəsində Qubaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi (BŞMTİ), Quba rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 6-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçiriləcək. Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixini, müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ-tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək. Aprelin 21-də Şəki, il ərzində isə Lənkəran və Gəncə şəhərlərinin, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının mədəniyyətini əks etdirən tədbirlər keçiriləcək. Tədbirlərdə hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş təqdim olunacaq.
Qubaya həsr olunmuş tədbir harada keçiriləcək?
['S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı', 'Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi', 'Quba rayon mədəniyyət və turizm şöbəsi', 'Mədəniyyət və Turizm Nazirliyi']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Milli Kitabxanada treninqlər davam edir. Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı M. F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mütəmadi olaraq təşkil edilən 10 günlük treninqlər davam edir. Treninqə Qubadlı, Cəbrayıl, Samux, Qazax, Naftalan, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri və kitabxanaçıların ixtisasartırma kursunda iştirak edən nümayəndələr qatılıb. Treninqçilər ALISA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənərək yerlərdə tətbiq edəcəklər. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində mütəmadi olaraq təşkil edilən treninqlərin Milli Kitabxana və Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatlar təqdim ediləcək.
Treninqlərdə hansı proqramın tətbiqi ilə bağlı məlumat verilir?
['ALISA', 'MARC 21', 'MİLLİ', 'ULTRA']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Muğamatım bir dəryadır" musiqi təlimi keçirilib. Prezident yanında Gənclər Fondunun dəstəyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutan təlim üç gün davam edib. Layihənin rəhbəri İlahə Qismətin bildirdiyinə görə, təlimin əsas məqsədi gənc ifaçılara və bu sahəyə marağı olan şəxslərə muğam sənətinin sirlərini öyrətmək, həmçinin onların incəsənətə olan marağının artırılmasına kömək etməkdən ibarətdir. Təlimdə iştirakçılar muğamla bağlı onları maraqlandıran bir çox suallara cavab taparaq əyani muğam parçalarını dinləməklə yanaşı, şifahi və ənənəvi professional muğamlarımız haqqında maarifləndiriliblər. Belə ki, təlim görkəmli muğam ifaçıları Xalq artisti, dosent Zümrüd Məmmədova, Əməkdar İncəsənət Xadimi, professor, bəstəkar Aydın Əzimov, Əməkdar artist, dosent Mirnazim Əsədullayev və musiqişünas Fərdin Məmmədlinin iştirakı ilə baş tutub. Qeyd edək ki, layihə çərçivəsində gənc musiqiçilər və musiqisevərlər ustad sənətkarlar tərəfindən professional muğamlarımız haqqında biliklərə yiyələnməklə yanaşı, mövzu ətrafında bir sıra elmi müzakirələrdə də iştirak ediblər.
Bakı Musiqi Akademiyasında keçirilən muğam təliminin əsas məqsədi nədir?
['Muğam ifaçılarının sayını artırmaq', 'Gənc ifaçılara və maraqlananlara muğam sənətinin sirlərini öyrətmək', 'Mugam festivali təşkil etmək', 'Muğam məktəbi açmaq']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Anarın "Göz muncuğu" əsəri polyak dilində. Kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatını xaricdə təbliği” istiqamətində gördüyü son uğurlu işlərdən biri kimi ərsəyə gəlib. Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, “Göz muncuğu” povesti son illərdə ən çox dartışılan və müzakirə edilən, hətta Anar münasibətdə laqeyd münasibət sərgiləyən ədəbiyyat adamları tərəfindən də təqdir edilən bir əsərdir: “Fikrimcə “Göz muncuğu” ciddi ədəbi hadisədir. Povesti İlahə Kərimova Mərkəzin sifarişi ilə polyak dilinə çevirib". Kitaba giriş sözünü tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Cavanşir Yusifli yazıb. Bundan başqa kitabda tanınmış polyak yazıçısı-publisisti Martin Bradkenin də əsər barədə qısa yazısı yer alıb.
Anarın 'Göz muncuğu' əsərini polyak dilinə kim tərcümə edib?
['Səlim Babullaoğlu', 'Cavanşir Yusifli', 'İlahə Kərimova', 'Martin Bradken']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Paşa Qəlbinurun yeni kitabı nəşr olunub. Müəllifin müxtəlif illərdə qələmə aldığı qəhrəmanlarının taleyinin davamı kimi izlənilən iki romanın daxil edildiyi kitab Qılıncxan Bayramovun tərcüməsi, tanınmış ingilis yazıçı və publisisti Michael Brannokun redaktəsi ilə nəşr edilib. Xatırladaq ki, bu əsərlər ədəbi tənqidin diqqətini çəkib, tənqidimizin görkəmli nümayəndələri bu romanlar haqqında müsbət rəylərini bildiriblər. Roman haqqında akademik Tofiq Hacıyev, tənqidçi Bəsti Əlibəyli, şair-publisist Sərvaz Hüseynoğlu da məqalələr yazıblar. Müəllif epiqrafında üç müqəddəs kitabdan nümunələr verib. Kitabı www.amazon.com, www.lulu.com və başqa saytlar vasitəsi ilə sifariş vermək olar.
Paşa Qəlbinurun yeni kitabını kim tərcümə edib?
['Michael Brannok', 'Bəsti Əlibəyli', 'Qılıncxan Bayramov', 'Tofiq Hacıyev']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Ruhəngiz Qasımovanın yubileyi qeyd olunub. "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqi zalında bəstəkar Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarı yubileyi münasibətilə təbrik etdikdən sonra ona nazir Əbülfəs Qarayevin adından xatirə hədiyyəsi təqdim edib. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək R. Qasımovanın yaradıcılığı haqqında fikirlərini bölüşüb. Onun Azərbaycan musiqi xəzinəsinə bəxş etdiyi sənət incilərindən daşıb. Gecədə yubilyarın bəstələri Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov və digər tanışmış və gənc ifaçılar tərəfindən səsləndirilib.
Ruhəngiz Qasımovanın yubiley tədbiri harada keçirilib?
['Heydər Əliyev Mərkəzi', 'Kapellhaus', 'Musiqi Akademiyası', 'Azərkonsert']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Nabat" filmi Los-Ancelesdə göstərilib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Publika.az-a bildirilib ki, festivalın “AWARD BUZZ” proqramında yer alan filmin təqdimatı Los-Anceles şəhərinin “Palm Springs Regal” kinoteatrında keçirilib. Bu, artıq 12 beynəlxalq film festivalında yer alan filmimizin ABŞ-da ikinci nümayişidir. Yanvarın 12-dək davam edəcək festivalda filmin növbəti nümayişi yanvarın 6-da “Palm Canyon Theatre” kinoteatrında keçiriləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
“Nabat” filminin Los-Ancelesdə nümayişi hansı kinoteatrda keçirilib?
['Palm Canyon Theatre', 'Hollywood Bowl', "Grauman's Chinese Theatre", 'Palm Springs Regal']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Dəniz istəyirəm. Mən bir dəniz istəyirəm, Ruhumda və düşüncəmdə. Fırtına, tufan qoparsın. Qəlbimdəki dərdi, qəmi. Mən bir dəniz istəyirəm, Sükuta o, qənim olsun, Mən bir dəniz istəyirəm, Sinəmdəki ürəyimtək. Həmişəlik mənim olsun.
Mətnə görə müəllif nə istəyir?
['Fırtına', 'Dəniz', 'Qənim', 'Ürəyim']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Gənc Tamaşaçılar Teatrı soyqırım qurbanlarını anıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə teatrın uşaq və yeniyetmələrlə iş aparan təşkilatçı-pedaqoq, Əməkdar artist Ötkəm İsgəndərov zaman-zaman mənfur qonşularımız ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Sonra gənc yazar Sevinc Elsevərin "Ürəyində arzu tut" pyesi əsasında hazırlanmış "Arzu və Murad" tamaşası nümayiş etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Yeni səhnə əsərində əsas obrazları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev və başqaları ifa ediblər.
Gənc Tamaşaçılar Teatrında hansı günə həsr olunmuş tədbir keçirilib?
['31 Dekabr', '31 Mart', '1 Yanvar', 'Novruz Bayramı']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
BSU-dan 525.az-a verilən məlumata görə, tədbir soyqırımı ilə bağlı qısametrajlı filmin nümayişi ilə başlayıb, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi açan BSU-nun rektoru, professor Asif Hacıyev azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə məruz qaldığını vurğulayıb. Rektor qeyd edib ki, faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünyada sivil insanlara qarşı yönəlmiş genosiddir. Heydər Əliyev tərəfindən soyqırıma dövlət səviyyəsində siyasi və hüquqi qiymət verildiyini deyən Asif Hacıyev 31 Mart soyqırımının dünya arenasında lazımi səviyyədə tanınacağını əminliklə bildirib. Tədbirdə çıxış edən Azəbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sosial şöbəsinin rəisi, polkovnik Kamal Əliyev, Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev, BSU-nun Azərbaycanşünaslıq tədris və mdəniyyət mərkəzinin dosenti Sadir Məmmədov və BSU-nun magistrantı Səməndər Həsənov qırğınların heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd ediblər. Çıxışçılar bildiriblər ki, bu faciə barədə məlumatları həm dünya dövlətlərinə, xalqlarına, həm də Azərbaycan gənclərinə çatdırmaq hər bir azərbaycanlının borcudur.
BSU-da keçirilən tədbirdə hansı mövzu ətrafında çıxışlar edilib?
['Etnik təmizləmə və soyqırımı', 'Müharibə strategiyaları', 'Gənclərin təhsili', 'Vətəndaş cəmiyyətinin rolu']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Bilik Fondu “Azərbaycan multikulturalizminin qaynaqları” kitabı təqdim edildi. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Xəzər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib. Fonddan 525.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor, fəlsəfə doktoru Həsən Niknafs “Multikulturalizm ili”ndə xalqın həyat tərzinə çevrilmiş və dövlət siyasəti kimi qəbul edilən çoxmədəniyyətliliyin tədqiqi və təbliğinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini və Bilik Fondunun bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirdiyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun həyata keçirdiyi layihələr barədə məlumat verərək, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinə dair ölkə rəhbəri tərəfindən təsdiqlənmiş Tədbirlər Planının icrası ilə bağlı Fondun qarşısında duran vəzifələr, universitet müəllimlərinin lektoriyalarda və tələbələrin layihələrdə iştirakı imkanlarından söz açıb. Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını auditoriyaya təqdim edərək, nəşrin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında, əsrlər boyu milli ədəbiyyatımızda dolğun əksini tapmış çoxmədəniyyətlilik prinsiplərinin geniş təbliğ olunmasında mühüm rol oynayacağına əmin olduğunu bildirib. Auditoriyanın suallarını cavablandıran qonaqlar “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını universitet kitabxanasına hədiyyə ediblər.
“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının elmi redaktoru kimdir?
['Həsən Niknafs', 'Oktay Səmədov', 'Möhsün Nağısoylu', 'Kamal Abdullayev']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Nigar Rəfibəylinin şeirləri ingilis dilində. Müasir Azərbaycan ədəbiyyatının ən görkəmli qadın nümayəndələrindən biri, Xalq şairi Nigar Rəfibəylinin şeirləri ingilis dilində nəşr olunacaq. Bu barədə AZƏRTAC-a kitabın tərcüməçisi, tərtibçisi və “Ön söz”ün müəllifi, tanınmış yazıçı Kamran Nəzirli məlumat verib. Tərcüməçi qeyd edib ki, “Müasir Azərbaycan poeziyası” seriyası ilə ingilis dilində buraxılacaq növbəti kitab müasir qadın şairlərimiz arasında ən layiqli nümayəndəsi Nigar Rəfibəyliyə məxsusdur. Nigar xanımın həyat və yaradıcılığı bir örnəkdir, onun kitabına daxil edilən sevgiyə, təbiət mənzərələrinə, mənəvi zənginliyə, sülh və azadlıq ideyalarına, vətənə həsr edilən şeirləri ibrətamizdir, müasir şeir texnikası və fəlsəfəsi baxımından çox önəmlidir. K.Nəzirli ingilisdilli oxucunun kitabı maraqla qarşılayacağına ümid etdiyini bildirib.
Nigar Rəfibəylinin şeirləri hansı dildə nəşr olunacaq?
['Azərbaycan dilində', 'Rus dilində', 'İngilis dilində', 'Fransız dilində']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən “Yeni tatar şeiri antologiyası” çap olunub. AZƏRTAC xəbər verir ki, kitab tatar xalqının görkəmli oğlu, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın anadan olmasının 130 illiyi münasibətilə işıq üzü görüb. Nəşrin məsləhətçiləri AMEA-nın müxbir üzvi Nizami Cəfərov, Tatarıstan Yazıçılar Birliyinin sədri Rafis Qurban və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz və başqalarıdır. Yeni antologiyanın tərtibçisi, şair-publisist Əkbər Qoşalıdır. Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Ön söz” yazdığı yeni nəşrdə, həmçinin tanınmış tatar ədibləri Çulpan Zərif Çətin, Robert Minnullin və Rədif Qataşın birgə hazırladığı “Tatar şeirinin (ədəbiyyatının) özəllikləri və tendensiyaları” adlı təhlil yazısı da yer alıb. Kitabda azərbaycanlı oxucuya Tatarıstanın 23 istedadlı gənc şairinin şeiri təqdim olunub.
Abdulla Tukayın anadan olmasının neçə illiyi münasibətilə “Yeni tatar şeiri antologiyası” çap olunub?
['100 illiyi', '130 illiyi', '150 illiyi', '120 illiyi']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Qürbətdən gələn məktublar” yenidən səhnədə. Fevralın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-diplomat Həsən Həsənovun “Qürbətdən gələn məktublar” əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinə Xalq artisti, kinorejissor Mərahim Fərzəlibəyov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova ifa edəcək. Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub.
“Qürbətdən gələn məktublar” tamaşasının quruluşçu rejissoru kimdir?
['Ramiz Həsənoğlu', 'Mərahim Fərzəlibəyov', 'İlham Elxanoğlu', 'Həmid Kazımzadə']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Mənə tutulan toyu. Vicdan dildə-dodaqda, Xəstə qalıb yataqda, Bir dostu bəd ayaqda. Varmı görən oxşarı? İçində nə aparır? Niyə haray qoparır? Qazancı da bir quruş.
Mətndə xəstə yataqda qalan kimdir?
['Dostu', 'Toyu', 'Vicdan', 'Xəstə']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Ələkbər Tağıyevin mahnıları “Mənim dünyam”da. Sentyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təqdim edilib. AZƏRTAC xəbər verir ki, “Mənim dünyam” adlı konsert proqramında, respublikamızın sevilən və populyar sənətkarları Xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Bəyimxanım Mirzəyeva, Yadigar Muradov, tanınmış müğənnilər Nazim (faytonçu), Tacir Şahmalıoğlu, Mirkamil Mirkamilov, Könül Məmmədli və Yaşar Muradov iştirak ediblər. Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edib. Ələkbər Tağıyev mahnı yaradıcılığı dövründə görkəmli sənətkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarova, Xalq artistləri Məmmədbağır Bağırzadə, Nisə Qasımova və digərləri ilə əməkdaşlıq edib. Ələkbər Tağıyevin mahnıları bu sənətkarların yaradıcılığında xüsusi yer tutub.
Heydər Əliyev Sarayında sentyabrın 29-da keçirilən konsert proqramının adı nə idi?
['Azərbaycan bəstəkarı Ələkbər Tağıyev', 'Heydər Əliyev Sarayı', 'Mənim dünyam', 'Şuşanın səsi']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Azərbaycan Dövlət “Yuğ” Teatrı yeni “Rindi-Şeyda” tamaşasını teatrsevərlərə təqdim edib. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında səhnələşdirilən tamaşa teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunub. Janrı səmavi eşq ayini kimi təyin oluna. n səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edib. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş etdirilən tamaşada Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlının poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub. Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş rəssamı Rəşid Şərifə, musiqi tərtibatı isə Amid Qasımova məxsusdur.
Azərbaycan Dövlət “Yuğ” Teatrının yeni tamaşası necə adlanır?
['Sufi arzuları', 'Rindi-Şeyda', 'Musiqili kompozisiya', 'Səmavi eşq ayini']
B